BAKI, 3 avqust. TELEQRAF
ABŞ-nin Demokrat Partiyasının bir sıra nümayəndələri keçmiş vitse-prezident Kamala Harrisin 2028-ci ildə keçiriləcək seçkilərdə iştirakını istəmirlər.
Teleqraf xəbər verir ki, məlumatı Politico partiya rəsmiləri və əməkdaşlarına istinadən yayıb.
Bəzi partiyadaşlarının fikrincə, K.Harrisin qalib gəlmə şansları azdır. Məqalədə deyilir: "Harris 2028-ci ildə namizədliyini irəli sürməsəydi, partiyanın bir hissəsi xoşbəxt olardı. Üstəlik, onlar onun aralıq seçkilərdə kənarda qalacağına ümid edirlər... Keçmiş vitse-prezidentin pərəstişkarları da daxil olmaqla, bir çox demokrat strateq, erkən ictimai rəy sorğularına baxmayaraq, onun 2028-ci ildə qalib gəlmə şansını birmənalı qiymətləndirmir".
Xüsusilə, keçmiş prezident Co Baydenin səhhətinin pisləşdiyini nə vaxt öyrəndiyi barədə sualları cavabsız qoymasdı onun şansına təsir edə bilər. Daha əvvəl Konqres bildirmişdi ki, o, istintaq çərçivəsində ifadə verməyə çağırılacaq.