“Rusiyanın Krasnodar diyarının Tuapse rayonunda bələdiyyə xarakterli fövqəladə vəziyyət elan edilib”.
Viral.az-ın xəbərinə görə, bunu diyarın qubernatoru Veniamin Kondratyev “Telegram” kanalında bildirib.
Bildirilir ki, bələdiyyə ərazisində yağan güclü yağış nəticəsində Novomixaylovsk qəsəbəsini, Moldavanovka və Defanovka kəndlərini su basıb.
Son Yazılar:
- Rusiyanın bu yaşayış məntəqələri su altında qaldı
- Dövlət qulluqçuları döymə etdirə bilərmi?
- Prezident Administrasiyasının əməkdaşı vəfat etdi
Lermontovo kəndində əlverişsiz hava şəraiti səbəbindən körpü uçub. Defanovka kəndi ərazisində içərisində 25 nəfərin olduğu avtobus çaya düşüb, hamı xilas edilib. Sinoptiklərin məlumatına görə, avqustun 4-də leysan, şimşək çaxacağı, dolu düşəcəyi, güclü küləyin əsəcəyi gözlənilir.
Qasırğa avqustun 3-də Krasnodar diyarını əhatə edib, bölgədə fırtına xəbərdarlığı elan edilib.