AZ

Dövlət qulluqçuları döymə etdirə bilərmi?

Son dövrlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə dövlət qulluqçularının döymə (tatoo) etdirməsinin qanunla qadağan olunub-olunmadığı barədə müxtəlif fikirlər səsləndirilir. Bəzi vətəndaşlar hesab edir ki, döymənin olması bu şəxslərin dövlət orqanlarında işə qəbuluna və ya vəzifədə irəliləməsinə mane ola bilər. 

Bəs bu məsələdə real hüquqi çərçivə nə deyir?

Viral.az bildirir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, hazırkı qanunvericilik döymə ilə bağlı heç bir məhdudiyyət və ya qadağa nəzərdə tutmur:

Son Yazılar:

“Əmək Məcəlləsində, Dövlət Qulluğu haqqında Qanunda, habelə polis, hərbi və ədliyyə orqanlarında xidmətlə bağlı normativ sənədlərdə tatoo məsələsinə dair qadağalar yer almır.

Yəni istər dövlət qulluqçusu, istərsə də xüsusi xidmət tələb edən sahələrdə çalışan şəxslər üçün döymə qadağan deyil. Bu, daha çox şəxsi zövq və estetik baxışla bağlıdır. Hüquqi baxımdan buna görə kiminsə işə qəbuldan imtina edilməsi və ya vəzifəsindən uzaqlaşdırılması qanunsuz hesab olunur”.

Vəkil qeyd edir ki, döymənin şəxsin peşəkarlığına və vəzifə səlahiyyətlərini yerinə yetirməsinə təsir etmədiyi təqdirdə, bu cür müdaxilələr diskriminasiya kimi qiymətləndirilə bilər: 

“Qanun qarşısında hamı bərabərdir. Bir şəxsin bədənində döymənin olması onun iş keyfiyyətinə təsir etmədiyi müddətcə, buna əsaslanaraq məhdudiyyət qoyulması hüquqi normalara ziddir. Əksinə, belə hallar aşkarlanarsa, həmin şəxs öz hüquqlarının müdafiəsi üçün müvafiq məhkəmə instansiyalarına müraciət edə bilər. Bu, Konstitusiya ilə təsbit olunmuş hüquq və azadlıqların pozulması kimi qiymətləndirilə bilər”, – deyə o bildirib.

Sonda hüquqşünas vurğulayıb ki, dövlət qulluqçuları və xüsusi xidmət sahələrində çalışan şəxslərin xarici görünüşünə dair müəyyən daxili nizam-intizam qaydaları ola bilər, lakin bu, döyməyə görə kiminləsə qeyri-rəsmi ayrı-seçkilik edilməsini qanuniləşdirmir.

Seçilən
4
5
viral.az

6Mənbələr