AZ

Rusiyayönlü blokun üç partiyası seçki siyahısından çıxarılıb

Moldova Mərkəzi Seçki Komissiyası rusiyayönlü “Pobeda” blokunun üç siyasi qüvvəsini parlament seçkilərində iştiraka buraxılmış partiyalar siyahısından çıxarıb.

SİA xəbər verir ki, bu barədə “NewsMaker” məlumat yayıb. Mərkəzi Seçki Komissiyası 4 siyasi qüvvəni seçkilərdə iştiraka buraxılmış partiyalar siyahısından çıxarıb: Moldovanın Aqrar Partiyası, Moldovanı xilas etmək üçün alternativ qüvvə, Şans və Pobeda.

Son üçü qaçaq oliqarx İlan Şorun rəhbərlik etdiyi rusiyayönlü “Pobeda” blokunun bir hissəsidir.

MSK izah edib ki, buna səbəb Dövlət Xidmətləri Agentliyinin həmin şəxslərin qeydiyyat məlumatlarında edilən dəyişikliklərin hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmasından imtina etməsidir.

Bundan əvvəl Moldova MSK sentyabrın 28-də keçiriləcək parlament seçkilərində iştirak üçün “Pobeda” blokunu qeydə almaqdan imtina edib.

Xatırladaq ki, “Pobeda” bloku 2024-cü ilin aprelində Moskvada yaradılıb. Bloka dörd partiya daxildir: “Renessans”, “Şans”, “Moldovanı xilas etmək üçün alternativ qüvvə” və “Qələbə”.

Onların hamısı İlan Şorla əlaqələndirilir.

Əli Babayev

Seçilən
2
1
sia.az

2Mənbələr