Tərtər rayonunda 3 nəfər kanalda boğulub.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Cəmilli kəndi ərazisində Suqovuşandan çəkilən yeni beton kanalda baş verib.
Kanalda çimən 4 nəfər boğulma təhlükəsi ilə üzləşib. Sakinlərin köməyi ilə 1 nəfər xilas edilsə də, bir nəfərin meyiti tapılıb.
Qalan 2 nəfərin isə axtarışları davam edir.
Məlumata görə, boğulan şəxslər Bərdə rayon sakinləridir.