AZ

“Atalanta” Edersonla yeni müqaviləyə yaxındır

“Atalanta” klubunun yarımmüdafiəçisi Ederson Lourenso komandada qalmağa hazırlaşır.

90deqiqe.Az-ın məlumatına görə, 26 yaşlı futbolçu ilə yeni müqavilə imzalanacaq və bu anlaşma 2029-cu ilə qədər qüvvədə olacaq.

Yeni müqaviləyə əsasən, braziliyalının maaşında artım nəzərdə tutulur – o, illik təxminən 2,5 milyon avro qazanacaq.

Geridə qalan mövsümdə Ederson bütün turnirlərdə “Atalanta”nın heyətində 49 oyuna çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

"Transfermarkt" portalına əsasən, braziliyalı yarımmüdafiəçinin bazar dəyəri 50 milyon avro olaraq qiymətləndirilir.

Seçilən
1
90deqiqe.az

1Mənbələr