Rusiyanın 600 ildən sonra ilk dəfə püskürən Krasheninnikov vulkanında kül buludu əmələ gəlib.
Xalqcebhesi.az xəbər verir ki, Kamçatkada Krasheninnikov vulkanı 600 ildən sonra ilk dəfə püskürüb.
Vulkan aktivliyinin Rusiyanı silkələyən güclü zəlzələlərlə bağlı ola biləcəyi ehtimal edilir. Kamçatka vulkan püskürməsinə qarşı mübarizə qrupunun rəhbəri Olqa Girina, "Bu, Kraşeninnikov vulkanının 600 ildə tarixən təsdiqlənmiş ilk püskürməsidir" deyib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka bölməsi püskürmə nəticəsində hündürlüyü 6000 metrə çatan kül buludunun əmələ gəldiyini bildirib. Vulkanın hündürlüyünün 1856 metr olduğu bildirilir. Nazirlik kül buludunun şərq istiqamətində Sakit Okeana doğru sürükləndiyini və onun yolunda heç bir yaşayış məntəqəsinin olmadığını bildirib.
Məryəm Quliyeva