AZ

Polşalıların təqribən yarısı Baş nazirin istefasını dəstəkləyir

ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Polşa vətəndaşlarının təxminən yarısı Baş nazir Donald Tuskun istefa verməli olduğunu düşünür.

Sherg.az Euronews-a istinadən xəbər verir ki, yeni seçilmiş prezident Karol Navrotskının andiçmə mərasimindən cəmi bir neçə gün əvvəl keçirilən sorğunun nəticələri bunu göstərir.

Polşa xəbər saytı "Wirtualna Polska" üçün "United Surveys" şirkəti tərəfindən keçirilən sorğuda respondentlərə belə bir sual ünvanlanıb: "Sizin fikrinizcə, Donald Tusk istefa verməli və hökumət başçısı vəzifəsini tərk etməlidirmi?".

Sorğuda iştirak edənlərin 48,6%-i Tuskun istefa verməli olduğunu bildirib, 43,8%-i isə onun vəzifəsində qalmasının tərəfdarı olub. 7,6%-i isə bu məsələdə qeyri-müəyyən mövqe tutub və ya cavab verməkdən imtina edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
1
sherg.az

2Mənbələr