AZ

Apollon un baş məşqçisi: Aris Araz Naxçıvan a daha ciddi yanaşmalıydı

ain.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

“Apollon”un(Smirnis) baş məşqçisi, Yunanıstan millisinin veteran futbolçusu Sakis Tsiolis “Aris”in Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Araz-Naxçıvan”la görüşlərdəki uğursuzluğu barədə danışıb.

Sportal.az xəbər verir ki, 66 yaşlı məşqçi  “Metropolis 95,5 FM”ə açıqlamasında “Araz-Naxçıvan”ın daha ağıllı oynamasından bəhs edib:

“Araz-Naxçıvan” çox yaxşı komandadır. “Asteras”ın baş məşqçisi olduğum vaxtda Azərbaycanın “İnter”(indiki “Şamaxı”) klubuna qarşı oynamışıq. Azərbaycanda futbol inkişaf edir. Latın Amerikasından çoxlu sayda futbolçular ora yollanır. Azərbaycan komandaları yeni səviyyəyə çıxıblar. “Aris” “Araz-Naxçıvan”a daha ciddi yanaşmalıydı. İlk dəqiqələrdən qapıya vurulan zərbələrdən hiss edilirdi ki, komandamız maksimum dərəcədə kompakt oynamalı və qol buraxmamalıdır. “Araz-Naxçıvan” boş zonalardan çox yaxşı faydalandı, əks-hücumlarda effektiv oldu.

“Araz-Naxçıvan”ın vurduğu ilk qol “Aris” üçün psixoloji cəhətdən güclü zərbə oldu. Ümumilikdə, keyfiyyət və səviyyə baxımından biz daha güclü idik. Lakin futbolda hər zaman güclülər qalib gəlmir. Daha ağıllı tərəf qazanır. “Aris”in qapısına təyin edilən penalti isə baş hakimin “Araz-Naxçıvan” üçün hədiyyəsi idi. Yolverilməz penalti idi”.

saytlarin hazirlanmasi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
1
sportal.az

2Mənbələr