AZ

Hindistanda avtomobil kanala düşdü – azı 11 nəfər öldü

BAKI, 3 avqust. TELEQRAF

Hindistanda yolsuzluq avtomobilinin su kanalına düşməsi nəticəsində azı 11 nəfər ölüb.

Teleqraf “Demirören” agentliyinə istinadən xəbər verir ki, hadisə Uttar Pradeş ştatında baş verib.

Məlumata görə, avtomobildə azı 15 nəfər olub. Kanala düşənlərin bir məbədə dua etmək üçün getdikləri də bəlli olub.

Xəbərdə qeyd olunur ki, ölənlərin ailələrinə təzminat ödəniləcək.

Seçilən
35
teleqraf.com

1Mənbələr