AZ

Novxanıda restoran yanır

Novxanıda yerləşən restoranlardan birində yanğın baş verib.

Ölkə.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə “Antalya” restoranının giriş hissəsində qeydə alınıb. İlkin məlumata görə, yanğına elektrik naqillərində qısaqapanma səbəb olub.

Hadisə yerinə FHN-in yanğından mühafizə qüvvələri cəlb edilib. Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.

Seçilən
19
5
olke.az

6Mənbələr