AZ

Bruno Fernandeş Səudiyyə Ərəbistanına keçmək istəmir

“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeş Səudiyyə Ərəbistanına keçmək niyyətində deyil.

90deqiqe.Az-ın məlumatına görə, hazırda “Əl-Nəsr” klubu ilə portuqaliyalı futbolçu arasında heç bir rəsmi danışıqlar aparılmır.

30 yaşlı futbolçu “Mançester Yunayted”də çıxışına fokuslanıb. O, iyun ayında “Əl-Hilal” klubunun təklifini rədd edib.

Keçən mövsüm Bruno Fernandes bütün turnirlərdə 57 oyunda iştirak edib, 19 qol vurub və 19 məhsuldar ötürmə verib. Onun “qırmızı şeytanlar”la mövcud müqaviləsi 2027-ci ilə qədər davam edəcək.

Seçilən
1
90deqiqe.az

1Mənbələr