Ukrayna Prezidenti Volodimir Zelenski bu gün ölkənin sanksiya siyasətinə dair müşavirə keçirdiyini bildirib. O qeyd edib ki, artıq üç yeni sanksiya paketi hazırlanıb.
KONKRET.az xəbər verir ki, həmin paketlərdən birincisi bu gün qüvvəyə minib. Bu çərçivədə Rusiya Federasiyasının “kölgə donanması” adlandırılan qeyri-rəsmi dəniz donanmasının kapitanlarına qarşı sanksiyalar tətbiq olunub.
Natiq Səlim,
KONKRET.az