AZ

“La Masiya" olmasaydı, "Barselona" yox olardı”

Ərəbistanının tanınmış klubu "Əl-İttihad"ın baş məşqçisi verdiyi açıqlamada "Barselona" haqqında qalmaqallı fikir səsləndirib.

Fanat.Az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran təcrübəli mütəxəssis bildirib ki, “La Masiya" olmasaydı, "Barselona" adlı klub bu gün mövcud olmazdı.”

Məşqçi bu fikri ilə Kataloniya təmsilçisinin illərdir akademiyaya əsaslandığını dünya səviyyəli oyunçularını məhz öz akademiyasından yetişdirdiyini vurğulayıb.

“Messi, Xavi, İniyesta, Buskets, Puyol… Bunların hamısı "La Masiya"nın məhsuludur. Əgər bu akademiya olmasaydı "Barselona" bu gün bu səviyyədə olmayacaqdı. Transfer bazarında belə aqressiv deyillər çünki akademiya onları illərlə xilas edib” – deyə Laurent Blank bildirib.

Qeyd edək ki, məşqçinin bu fikirləri futbol ictimaiyyətində geniş əks-səda doğurub. Xüsusilə "Barselona" azarkeşləri sosial şəbəkələrdə sərt reaksiya göstəriblər. Bəziləri isə bu fikirlə qismən razılaşaraq "La Masiya"nın klub tarixindəki rolunu vurğulayıb.

Kamil Xudiyev

Seçilən
1
1
fanat.az

2Mənbələr