AZ

Tərtərdə 3 nəfər kanalda batdı

Tərtərdə 3 nəfər kanalda batıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Suqovşan-Goranboy magistral su kanalının Cəmilli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Dörd nəfər çimmək məqsədilə sözügedən kanala düşüblər. Onlardan 1-ni sudan çıxarmaq mümkün olub, digər 3 nəfərin boğularaq öldüyü ehtimal olunur.

Sudan çıxarılan şəxs xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Seçilən
45
14
heftelik.az

10Mənbələr