Tərtər rayonunda 4 nəfər kanala düşüb.
Day.Az xəbər verir ki, hadisə rayonun Cəmilli kəndi ərazisində baş verib.
İlkin məlumata görə, Suqovuşandan çəkilən yeni beton kanala 4 nəfər Bərdə rayon sakinləri çimmək üçün kanala atılıb. Kanal bol sulu olduğundan kanalda olan 4 nəfəri də axın vurub aparıb. Kənd sakinləri kanalda axan bir nəfərin sağ xilas edərək təcili yardım maşını ilə rayon xəstəxanasına çatdırıb. Bir nəfəri isə ölü halda kanalda axaraq rayonun Dəmirçi istiqamətinə keçdiyini bildiriblər. Digər 2 nəfərdən isə xəbər yoxdur.
Hazırda hüquq-mühafizə əməkdaşları hadisə baş verən ərazidədirlər.