AZ

Tokayev söz verdi: Yardımlar davam edəcək

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“Qazaxıstan Əfqanıstana təhsil, ticarət və ərzaq təhlükəsizliyi sahələrində yardımı davam etdirəcək”.

Globalinfo.az xəbər verir ki, bunu ölkə prezidenti Kasım-Jomart Tokayev deyib.

O, Qazaxıstanın Əfqanıstan xalqına humanitar yardım, təhsil təşəbbüsləri və ticarət əlaqələri, eləcə də ərzaq təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər vasitəsilə dəstək verməyə sadiq qaldığını vurğulayıb.

Tokayev əlavə edib ki, Əfqanıstanda sülh və inkişaf bir-birinə bağlı olmalıdır, çünki insan ləyaqəti və beynəlxalq hüququn sıx əlaqələri var.

O qeyd edib ki, regionda uzunmüddətli və sabit vəziyyətə nail olmaq üçün müvafiq prinsipləri fəal şəkildə qorumaq və təbliğ etmək lazımdır.

Əliyar Xəlil

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
globalinfo.az

2Mənbələr