AZ

Kazino Gürcüstana, görün, nələr qazandırır...

ain.az, Bakupost saytına istinadən bildirir.

Müasir dünyada kazino biznesi böyük, yüzmilyardlarla dollar dolaşan iqtisadi sahədir, bu sahəni doğru tənzimləyib, düzgün qursan, istənilən ölkəyə böyük qazanc gətirə bilər.

Bakupost.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

“Gürcüstan örnəyini araşdırsaq, maraqlı məqamlar ortaya çıxır – bu ölkədə kazinolar çoxdan leqallaşıb, amma bu sahənin inkişafı 2000-ci illərin ortalarından start götürüb.

Bu gün Gürcüstanda 230 şirkətin kazino lisenziyası var, bu sahədə 11 min işçi çalışır, yay mövsümündə bir neçə aylıq əlavə 5-7 min arası işçi götürürlər.

Kazinoların dövlət büdcəsinə ümumi vergi daxilolmaları 2022-ci ildə 739 mln. lari olub (465 mln. manat), sonra hər il 2-3% civarında artıb, indi müxtəlif ödənişlər (vergi, lisenziya və s.) şəklində büdcəyə 1 mlrd. lariyə yaxın vəsait daxil olur. Gürcüstanda kazinoların vergisi uzun illər 10% idi, son 2 ildə 15%-ə qaldırıblar ki, bu da çox aşağı vergi sayılır. Vergilər aşağı, rəqabət güclü olduğu üçün Gürcüstanda kazino sahəsi inkişaf edir. Amma inkişafa başqa məsələlər də təsir edir – bunlardan ən əsası azadlıqların geniş olmasıdır. Açığını deyək ki, harda kazino varsa, orada fahişəxanalar, gecə klubları, əyləncə məkanları olur və hüquq-mühafizə orqanları bu məkanlara ciddi basqı qurmur, bəzən hətta göz yumurlar ki, müştəri özünü rahat hiss etsin”, - o bildirib.

Ekspert xatırladıb ki, Azərbaycanda da kazino açılması nəzərdə tutulur. Onun fikrincə, burda inhisar olmamalı, rəqabət yaradılmalı, kazinoya gələnlərin özlərini digər əyləncələr zamanı rahat hiss etməsi üçün bəzi məqamlara göz yumulmalıdır.

Asena,

BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
www.bakupost.az

1Mənbələr