AZ

İsrail Suriyanın cənubunda xüsusi əməliyyat keçirdi

​BAKI, 3 avqust. TELEQRAF

İsrail ordusu gecə saatlarında Suriyanın cənubunda xüsusi əməliyyat həyata keçirib.

Teleqraf xəbər verir ki, bu barədəordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, əməliyyat Hader qəsəbəsində aparılıb və əsas məqsəd silah qaçaqmalçılığının qarşısını almaq olub. Hərbçilər bu fəaliyyətlə əlaqəsi olduğundan şübhələnilən bir neçə şəxsi dindiriblər. Əməliyyat zamanı bir neçə silah və sursat aşkar edilərək müsadirə olunub.

Qeyd edilib ki, İsrailin 210-cu diviziyası bölgədə mövqe tutub və Holan yüksəkliklərində yaşayan mülki vətəndaşların təhlükəsizliyini təmin etmək üçün Suriyada hər hansı terrorçu qrupların yerləşməsinin qarşısını almağa yönəlmiş fəaliyyətlərini davam etdirir.

Seçilən
25
1
teleqraf.com

2Mənbələr