AZ

Xaçmazda külək dam örtüyünü avtomobillərin üzərinə aşırıb

Xaçmaz rayonunda müşahidə olunan güclü külək fəsad törədib.

Far.Az APA-ya istinadən xəbər verir ki, şəhərin Nəriman Nərimanov küçəsində ticarət obyektinin dam örtüyü avtomobillərin üzərinə düşüb.

Nəticədə 3 nəqliyyat vasitəsinə ziyan dəyib.

Hazırda dam örtüyünün yolun hərəkət hissəsindən götürülməsi istiqamətində işlər görülür.

Seçilən
9
3
far.az

5Mənbələr