Azərbaycanda hər kəsi heyrətə gətirən nadir və psixoloji cəhətdən həssas hadisə baş verib.
13 il boyunca ailəsi və cəmiyyət tərəfindən qız uşağı kimi tanınan azyaşlı, gerçək kimliyini kəşf etdikdən sonra həyatını tamamilə dəyişdirib.
Milli.Az xəbər verir ki, yeniyetmə uzun müddətdir daxili psixoloji narahatlıqlar yaşayırmış və bu səbəbdən bir neçə peşəkar psixoloqla görüşdürülüb. Mütəxəssislərlə aparılan dərin söhbətlər nəticəsində onun əslində özünü oğlan kimi hiss etdiyi və yanlış cinsiyyətlə böyüdüyü üzə çıxıb.
Ailə və həkimlərin qərarı ilə azyaşlıya tibbi yardım göstərilib və o, cinsiyyət dəyişdirmə əməliyyatı olunaraq rəsmi olaraq oğlan cinsiyyətini qəbul edib. Hazırda uşağın vəziyyətinin stabil olduğu və psixoloji dəstəyin davam etdiyi bildirilir.
Bu hadisə cəmiyyətin diqqətini yenidən gender kimliyi, psixoloji sağlamlıq və azyaşlıların özünü tanıma prosesinə yönəldib. Mütəxəssislər bu kimi hallarda ailələrin anlayışlı və dəstəkləyici olmasının uşağın psixi sağlamlığı üçün həyati əhəmiyyət daşıdığını bildirirlər. /showclab
Milli.Az