AZ

Bakıda 20 yaşlı qadın itkin düşüb

Xəzər rayonunda 20 yaşlı qadın itkin düşüb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Day.Az-a bildirib ki, rayonun Buzovna qəsəbəsində yaşayan Ş.Bayrızadənin evdən xəbərsiz çıxaraq geri qayıtmaması barədə polisə məlumat daxil olub.

Həmin şəxs axtarışa verilib. İlkin axtarışlar nəticəsində polis onun şəxsi sosial şəbəkə hesabı vasitəsi ilə əlaqə saxlaya bilib. Ş.Bayrızadə könüllü olaraq evdən getdiyini bildirsə də olduğu yer barədə məlumat verməkdən imtina edib. Hazırda həmin şəxsin yerinin müəyyən edilməsi və bu barədə yaxınlarına məlumat verilməsi istiqamətində əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlər davam etdirilir

Seçilən
44
11
day.az

10Mənbələr