“Yuventus”un hücumçusu və ABŞ millisinin üzvü Timoti Vea karyerasını yenidən Fransa çempionatında davam etdirəcək.
90deqiqe.Az-ın "RMC Sport"a istinadən yaydığı məlumata görə, 24 yaşlı forvard “Marsel”lə razılığa gəlib və mövsümün sonuna qədər bu komandada icarə əsasında çıxış edəcək. Müqaviləyə əsasən, “Marsel” mövsümün sonunda futbolçunu 14 milyon avroya transfer etməli olacaq. Əlavə olaraq, 3 milyon avro bonus ödənişi də nəzərdə tutulub.
Qeyd edək ki, Vea daha öncə də Fransa Liqa 1-də çıxış edib – o, 2019–2023-cü illər ərzində “Lill” klubunun formasını geyinib. Bu müddət ərzində 86 oyuna çıxan amerikalı hücumçu 6 qola imza atıb.
Geridə qalan mövsümdə Timoti Vea “Yuventus”un heyətində bütün turnirlərdə ümumilikdə 42 oyun keçirib, 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalının məlumatına görə, futbolçunun hazırkı bazar dəyəri 17 milyon avrodur.