AZ

Qəzza və Ukraynadakı gənclərin yanındayıq - Papa XIV Leo

BAKI, TurkicWorld, Səməd Əyyubov – Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo, Qəzza zolağında davam edən müharibə və Ukraynadakı gərgin münaqişədən dərin narahatlığını ifadə edib.

TurkicWorld xəbər verir ki, bu barədə Roma Papası Tor Verqata meydanında keçirilən tədbirdə çıxış edərkən deyib.

“Biz Qəzza və Ukraynadakı gənclərin yanındayıq. Əziz bacı və qardaşlarım, siz daha ədalətli bir dünyanın mümkün olduğunu göstərirsiniz. Elə bir dünya ki, münaqişələr silah gücü ilə deyil, dialoq və anlaşma yolu ilə həll olunur” - deyə, Papa bildirib.

Bu ayin, hazırda davam edən Müqəddəs Katolik İli çərçivəsində Romada gənc katoliklər üçün təşkil olunan tədbirlər silsiləsinin bir hissəsidir.

Qeyd edək ki, Papa XIV Leo, 8 may tarixində vəfat edən Papa Fransiskin yerinə seçilib və ABŞ-da doğulan ilk Papa kimi tarixə düşüb.

Seçilən
9
turkic.world

1Mənbələr