BAKI, 3 avqust. TELEQRAF
Rusiyanın Ukrayna müharibəsində qalib gəlməsi qaçılmazdır.
Teleqraf xəbər verir ki, bu barədə “American Conservative” nəşri yazıb.
Nəşr qeyd edir ki, Moskva məqsədlərinə çatmaq üçün kifayət qədər hərbi üstünlüyə malikdir.
“Ukraynanın itirdiyi əraziləri geri qaytarması mümkün deyil və bu, sadəcə bir arzu olaraq qalır. Həmçinin ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı münaqişəni uzatmaması tövsiyə olunur”.