AZ

Məşhur müğənni Castin Timberleyk xəstəliyə yoluxdu

Amerikalı məşhur müğənni və aktyor Castin Timberleyk İstanbulda verdiyi konsertdən sonra Laym xəstəliyinə yoluxduğunu bildirib.

Bakues.az xəbər verir ki, müğənni bu barədə sosial media hesabından paylaşım edib.

O, xəstəliyin gənə dişləməsi nəticəsində borrelia burgdorferi bakteriyasından qaynaqlandığını bildirib.

“Laym xəstəliyi diaqnozu məni şoka saldı. Turu yarımçıq saxlamaqla davam etdirmək arasında qaldım. Amma səhnədə olmağdan aldığım zövqə görə davam etmək qərarı aldım. İndi özümü daha açıq ifadə etməyə çalışıram ki, fikirlərim yanlış anlaşılmasın”, – paylaşımda deyilir.

Qeyd edək ki, laym xəstəliyi gənə dişləməsi ilə keçən və borrelia burgdorferi bakteriyası tərəfindən törədilən infeksiyadır. Əsas əlamətləri arasında qızartı, baş ağrısı, halsızlıq və hərarət var. Erkən diaqnoz və 2-4 həftəlik antibiotik müalicəsi ilə tam sağalma mümkündür. Müalicə olunmadığı təqdirdə ciddi fəsadlara o cümlədən oynaq, sinir sistemi və ürək problemlərinə səbəb ola bilər.

Seçilən
17
1
icma.az

2Mənbələr