AZ

Səkkiz OPEC+ ölkəsi sentyabrda neft hasilatını artırmağa razılaşıb

Səkkiz OPEC+ ölkəsi sentyabrda neft hasilatını sutkada 547 min barel artırmağa razılaşıb.

Bu barədə təşkilatına Mətbuat Xidməti məlumat yayıb.

Avqustun 3-də Rusiya, Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Qazaxıstan, Küveyt, Əlcəzair və Oman onlayn formatda görüş keçiriblər.

Qeyd olunub ki, neft hasilatı həddinin artırılması bu ölkələrə könüllü məhdudiyyətlərdən çıxışı sutkada 2.2 milyon barellə tamamlamağa imkan verəcək.

Bazar şərtləri dəyişərsə, məhdudiyyətlərdən tədricən çıxış dayandırıla bilər. Hesabatda vurğulanır ki, belə çeviklik OPEC+a neft bazarında sabitliyi qoruyub saxlamağa imkan verəcək.

MənbəOXU.AZ
Seçilən
93
7
banker.az

10Mənbələr