Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Kayzerslautern”in heyətində rəsmi debüt edib.
Msport.az xəbər verir ki, onun komandası II Bundesliqada yeni mövsümün ilk oyununda “Hannover”in qonağı olub.
Mahir Emreli qarşılaşmanın start heyətində yer alıb, 65-ci dəqiqədə əvəzlənib. Oyun “Hannover”in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 74-cü dəqiqədə Aseko Nkili vurub.
Qeyd edək ki, Mahir Emreli bu yay “Kayzerslautern”lə 3 illik müqavilə imzalayıb.