UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Araz-Naxçıvan” – “Omoniya” matçından əvvəl keçiriləcək mətbuat konfranslarının və açıq məşqlərin vaxtı açıqlanıb.
Msport.az xəbər verir ki, komandalar avqustun 6-da son məşqinə çıxacaqlar:
“Araz-Naxçıvan”
18:30. Mətbuat konfransı
19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
“Omoniya”
19:20. Mətbuat konfransı
20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Qeyd edək ki, mətbuat konfransları və açıq məşqlər “Dalğa Arena”da baş tutacaq. Komandalar arasında ilk oyun isə avqustun 7-də təşkil olunacaq.