“Barselona” rəhbərliyi yay transfer pəncərəsində heyəti optimallaşdırmaq niyyətindədir.
Sportinfo.az xəbər verir ki, bu barədə “sport.es” məlumat yayıb.
Kataloniyalıların idman direktoru Deku və baş məşqçi Hans-Diter Flik hesab edirlər ki, komandanın yarımmüdafiə xəttində artıq oyunçular var və bu zonada ixtisarlar aparılmalıdır.
La Masiya akademiyasının yetirməsi olan Mark Kasado satışa namizədlərdən biri kimi göstərilir.
Kasado özü “Barselona”dan ayrılmaq istəmir, ancaq 30 milyon avroluq təklif olacağı halda, klub onun gedişinə mane olmayacaq.
Daha əvvəl “Çelsi”, “Arsenal” və “Mançester Yunayted” 21 yaşlı futbolçu ilə maraqlanırdı. Ancaq hələlik “Barselona”ya rəsmi və ciddi təklif daxil olmayıb.
Kasado son mövsümdə klub səviyyəsində 36 matçda iştirak edib, 1 qol vurub, 6 məhsuldar ötürmə verib.