AZ

Azərbaycan klubu futbolçusu ilə müqavilənin müddətini uzadıb

Yeni mövsümdə Misli Premyer Liqasında çıxış edəcək “Karvan-Yevlax” komandası futbolçusu İbrahim Qədirzadə ilə müqavilənin müddətini uzadıb.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, yarımmüdafiəçi ilə 1 illik yeni anlaşma imzalanıb.

İ. Qədirzadə ötən mövsüm Yevlax təmsilçisinin heyətində 25 oyun keçirib və 3 qol ötürməsi ilə yadda qalıb.

Seçilən
64
3
90deqiqe.az

6Mənbələr