ain.az bildirir, Cebheinfo portalına istinadən.
Saakaşvili rejiminin cinayətlərini hər kəs canlı efirdə dinlədi, sentyabrda parlament yekun sənədi müzakirə edəcək.
“Report”un yerli bürosunun xəbərinə görə, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, keçmiş prezident Mixeil Saakaşvili dövründə baş vermiş cinayətləri ölkə ictimaiyyəti birbaşa efirdə yayımlanan İstintaq Komissiyasının iclaslarında bir daha eşidib.
“Bütün cəmiyyət İstintaq Komissiyasının fəaliyyətini izləyirdi. Bu iş açıq və şəffaf aparılırdı, birbaşa efirdə yayımlanırdı. Hər kəs bir daha eşitdi o cinayətləri ki, Saakaşvilinin rejimi törədib”, - Papuaşvili bildirib.
Onun sözlərinə görə, cinayətlərin siyahısı bununla bitmir və müxalifətə keçdikdən sonra da “Vahid Milli Hərəkat” Partiyası eyni fəaliyyətini davam etdirib: “Hər kəs dinlədi ki, artıq müxalifətə keçdikdən sonra belə, Milli Hərəkat ideoloji qanad kimi bu cinayətləri davam etdirib. Bütün sübutlar ortaya qoyuldu. İstintaq Komissiyası kifayət qədər geniş və əhatəli hesabat hazırlayır. Sentyabrda parlament bu sənədi plenar iclasda müzakirə edəcək”.
Ş.Papuaşvili qeyd edib ki, sentyabrda parlamentin tam sənədlə tanış olmaq və müvafiq qərarlar qəbul etmək imkanı olacaq.
Qeyd edək ki, avqustun 4-də Gürcüstan Parlamentinin Müvəqqəti İstintaq Komissiyasının yekun iclası keçiriləcək.
"Cebheinfo.az"
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.