Bakıda 20 yaşlı qadın itkin düşüb.
“Qafqazinfo” xəbər verir ki, Buzovna sakini Bayrızadə Şəfa Nüsrət qızı 28.07.2025-ci il tarixdə gecə saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Ş.Bayrızadə evli olub və bir övladı var. Qadın yaşadığı ünvanı tərk edərkən əynində uzun güllü paltar olub.
Şəfa Bayrızadəni görənlərdən 0776340201 nömrəsinə və ya 102 Xidmətinə zəng etmələri xahiş olunur.
***
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, Xəzər rayonu Buzovna qəsəbəsində yaşayan Ş.Bayrızadənin evdən xəbərsiz çıxaraq geri qayıtmaması barədə polisə məlumat daxil olub.
Həmin şəxs axtarışa verilib. İlkin axtarışlar nəticəsində polis onun şəxsi sosial şəbəkə hesabı vasitəsi ilə əlaqə saxlaya bilib. Ş.Bayrızadə könüllü olaraq evdən getdiyini bildirsə də olduğu yer barədə məlumat verməkdən imtina edib.
Hazırda həmin şəxsin yerinin müəyyən edilməsi və bu barədə yaxınlarına məlumat verilməsi istiqamətində əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlər davam etdirilir.
Ziya Əmirxanlı