Kaliforniyanın (ABŞ) Los Padres Milli Meşəsində tüğyan edən yanğınlar 12 min hektardan çox ərazini yandırıb.
“İki sahil” xəbər verir ki, “New York Times” (NYT) qəzetinin məlumatına görə, rəsmilər ştatın Santa Barbara və San Luis Obispo bölgələrində davam edən yanğınla bağlı açıqlama yayıb. Bildirilib ki, yanğı çətin relyefli ərazidə alov cəbhələri yaradaraq yanğınsöndürmə resursları üçün əhəmiyyətli çətinliklər yaradır.
Səlahiyyətlilər yanğının 12 min hektardan çox ərazini əhatə etdiyini və ərazidəki təxminən 70 sakinin təxliyə edildiyini bildirib. Əlavə edilib ki, 3 nəfər yaralanıb.
Səlahiyyətlilər yanğının yalnız 5 faizinin nəzarət altına alındığını qeyd edib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”