10 000 nəfərlik siyahı var cibində. Siftəsi HƏMAS rəhbəri İsmayıl Haniyədir. Əməliyyatçı qərarını cəmi 20 saniyə ərzində verməyə tələsməli idi. Məlumatlar 90 fazi etibarlıdırguya. İstifadəçi - İrail ordusu, UNİT 8200 kod isimli hərbi dəstə.İran mətbuatı eyni qorxulu adı - "LEVANDER" adını saqqız edib ağzında çeynəyir.Demə, İnqilab Keşikçiləri rəhbərliyini, o cümlədən ötən il Tehranda həlak olmuş HƏMAS rəhbəri İsmayıl Haniyəni məhz bu robot, süni zəka sahibi uzaq məsafədən əvvəl müəyyənləşdirib, sonra dəqiq atəş əmri ilə qətlə yetirib.
Mövzunun ilk anonsunu irlandiyalı İT mühəndisi Pol Biqqardan eşitməsəydim, Tehran mətbuatına dodaqlarımı büzərdim. Ancaq Pol Biqqar İsraildən çox beynəlxalq "Meta" şirkətini, Mark Sukerberqi, şirkətin təhlükəsizlik üzrə məsullarını - Qay Rozenlə Şeril Sendberqi günahkar, suçlu bilir bu məxfi qətl əməliyyatlarında.O cümlədən "WhatsApp" alqoritmləri, bəli, gunahkar olmasa da, iştirakçıdır bu super kreativ, modern qətl texnologiyalarında.Qısası...Qısası, killer sənəti keçmişdə qaldı. Elektronlaşdı. Rəqəmsal texnologoyaya çevrildi artıq.Qəzzadakı kütləvi qətlləri də məhz bu robot-killer - "LEVANDER" törədib, sən demə. Əladır.Haaqa məhkəməsi-filan, Netanyahunun Beynəlxalq tribunal qarşısına çıxarmaq cəhdləri də artıq indidən sual işarəsi altındadır deyəsən.Benyamin Netanyahu, görəcəksiniz, heç... Kürəklərini dartacaq yuxarı azcana. Sonra sakitcə aşağı endirəcək. Deyəcək xəsiscəsinə: "Bizim qatil insan deyil. Robotlaşdırılmış sistemdir. Qətl, atəş əmrlərini də verən odu. Mən qarışıq, bütün İsrail hakimiyyət, bamondu bu süni zəkaya, "LEVANDER"ə tabedir.Detallarla www.hamshahrionline, https://www.bultannews. saytlarında tanış ola bilərsiniz…Bəzi vacib detallar, incəliklər, necə deyərlər, şəbəkə kənarındadır."LEVANDER" təkcə qətllər törətsəydi nə vardı ki? "LEVANDER"in əsas hədəfi heç də fiziki qətlllər deyil, həm də İran hakimyyətdaxili mexanizmini pozmaqdır. Nəticə göz önündədir. İranın ən yüksək münsiflər heyəti tərkibində - Ali Təhlükəsizlik Şurasında 7-8 ballıq zəlzələ yaşanır indi. Əli Əkbər Əhmədian, şuranın rəisi, bax bu "LEVANDER" robotunun əlində girinc qaldığından, barəsində deyəsən istefa əmri hazırlanır. Əli Ərdəşir Laricanı, İranın şahmat taxtasının ən ağır fiquru, fili deyərdim hətta... Hə... Ali Təhlükəsizlik Şurası rəhbəri vəzifəsinə gətirilir deyəsən.Gördüyümüz kimi, qatil robot "LEVANDER" bir güllə ilə iki dovşan öldürənlərdəndir. Fiziki zərbələri İrandaxili qarşıdurmalarla nəticələnib. Ali Təhlükəsizlik Şurası qurbanlıq keçidir bu gün İranda. Açarının dublikatını çıxaracaqlar. Verəcəklər yeni Müdafiə Şurası rəhbərinə.Mövzunu xırdalayan Tehran mətbuatı axır cümlələrində çox tərs, cavabsız suallar göndərir öz oxucularına: "LEVANDER" sistemi simkartlarını tez-tez dəyişən şübhəli şəxsləri təyin edir əvvəlcə... Oxşar texnologoyalar Çində, ABŞ-da, Britaniyada da mövcuddursa, bəs İran nə etməlidir bütün bu robotlaşmış təhlükələrə, qatillərə qarşı?Tehran analitikləri sonra davam edirlər: “LEVANDER"-i məhkəməyə çəkmək mümkün olmayacaq. Haaqa məhkəməsi də belə çıxır bu robotun növbəti dolayı qurbanı siyahısındadır.Bəs İran necə? Oxşar robot yarada biləcəkmi? Yaradıbmı?İran jurnalistləri etiraf edirlər - İsraillə qarşıdurma, tam yeni rəqəmsal texnologiyalar, süni zəka, modern alqoritimlər mərhələsinə gəlib çatıbsa... Sonrası, növbəti mərhələsi noolacaq bəs bu qəliz qarşıdurmanın? "LEVANDER"in dizini kim yerə çırpacaq İranda? Heyif ki, dünyada inkişaf şkalası həmişə müharibələrə tabedir. Müharibələrsiz, itkilərsiz inkişaf mümkün deyil."LEVANDER"in atasına rəhmət oxudacaq yeni texnologiyalar da var hələ irəlidə. Necə deyərlər, heyvanına şükür, ilahi! "LEVANDER"ə bir gün gələcəkdə şükür edəcəyimiz də istisna deyil.