AZ

Qubada tullantı poliqonunda başlayan yanğının söndürülməsi istiqamətində iş aparılır

Qubada tullantıların toplandığı poliqonda yanğın başlayıb.

Dəvədabanı yaşayış massivində yerləşən poliqonda başlayan yanğın güclü külək səbəbindən qısa müddətdə 3 hektara qədər ərazini əhatə edib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Yanğının yaxınlığındakı meşə zolağına keçməsinin qarşısı alınıb.

Yanğının tam söndürülməsi istiqamətində iş aparılır.

AZƏRTAC

Seçilən
4
4
ikisahil.az

4Mənbələr