AZ

Ramiz Yunus: “Ayvazovski başlanğıcdır, Xankəndidə ucaldılan “Dədə və Nənə” abidəsi də sökülməlidir” - FOTO/VİDEO

Kremlə xidmət edən KİV-lərin məşhur rus və erməni rəssamı olan, əsl adı Ovanes Ayvazyan olan İvan Ayvazovskinin Xankəndidəki abidəsinin sökülməsi və onun “doğma limanına”, yəni əvvəl gətirildiyi yerə qaytarılması ilə bağlı isterik reaksiyaları Qarabağ bölgəsinin erməni separatizmi və sovet qaranlığının simvollarından təmizlənməsi prosesinin yalnız başlanğıcıdır.

Bizim.Media xəbər verir ki, bu barədə tanınmış politoloq, Azərbaycan hökumət aparatının keçmiş rəhbəri, “Xəzər” Beynəlxalq Universitetinin politologiya üzrə professoru Ramiz Yunus öz “Facebook” səhifəsində yazıb.

Yunus qeyd edir ki, 2021-ci ildə Rusiya sülhməramlıları tərəfindən Azərbaycan hakimiyyətinin icazəsi olmadan təxribat xarakterli şəkildə Xankəndidə ucaldılan bu abidənin sökülməsi tamamilə haqlı qərardır və gələcək addımlar üçün nümunə olmalıdır.
 

Politoloq fikrini tibbi bənzətmə ilə davam etdirib: “Məlumdur ki, insan orqanizmində metastaz yayılanda bəzən təcili cərrahi müdaxilə zəruri olur. Eynilə də erməni “miatsum” xərçənginin Azərbaycan torpağında bir daha boy atmasına imkan verməmək üçün bu simvollar cərrahi yolla, kökündən çıxarılmalıdır.”


Ramiz Yunus bu kontekstdə yalnız Ayvazovskinin abidəsini deyil, həmçinin Sovet dövrünün digər qalıqlarını da nəzərdə tutur.

O, xüsusilə 1967-ci ildə Xankəndidə ucaldılan və qondarma “Dağlıq Qarabağ respublikası”nın gerbində əks olunan “Dədə və Nənə” adlı abidənin də sökülməli olduğunu vurğulayır.

Onun fikrincə, bu abidələr Azərbaycan xalqına qarşı aparılmış işğal siyasətinin və saxta tarixi simvolların bir hissəsidir.

Yunus əlavə edib: “Qoy bu məsələ ilə bağlı Azərbaycanı qaralayanlar, 30 ildən artıq müddətdə bir milyona yaxın azərbaycanlı qaçqının iztirabına göz yumanlar, torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğalına susqun qalanlar – yəni ATƏT-in Minsk Qrupunun Rusiya, Fransa və ABŞ-dan olan həmsədrləri istədikləri qədər ulasınlar. Amma Şərqdə bir söz var: “İt hürər, karvan keçər”.

Ramiz Yunusun fikirlərində, Qarabağın gələcəyində erməni separatizminin fiziki və simvolik qalıqlarına yer olmadığı açıq şəkildə ifadə olunur. Onun fikrincə, Azərbaycanın azad etdiyi ərazilərdə milli kimlik və tarixi ədalət bərpa olunmalıdır. Bu isə yalnız siyasi yox, həm də mədəni-mənəvi təmizlənmə yolu ilə mümkündür.
 


Bizim.Media

Seçilən
4
3
bizim.media

4Mənbələr