AZ

"Herta"nın forması qaydalara uyğun gəlmir – MARAQLI SƏBƏB

II Bundesliqada başlamasına bir neçə gün qalmış Almaniya Futbol Liqası (DFL) "Herta" klubuna xoşagəlməz xəbər verib: komandanın 2025/26 mövsümü üçün nəzərdə tutulmuş əsas forması liqa standartlarına uyğun gəlmir və istifadəsi qadağan olunub.

İdman.biz xəbər verir ki, "Castore" şirkəti tərəfindən hazırlanan və klubun rəsmi rənglərində olan formada əsas dizayn elementi isə zolaqlardır.

Məhz bu dizayn problemi yaradıb: liqanın qaydalarına görə, əgər formanın ön hissəsində zolaqlar varsa, arxa hissəsində də olmalıdır. "Castore" və "Herta" bu detalı nəzərə almayıblar.

İndi "Herta" əsas formanın dizaynını təcili dəyişməlidir – çünki ilk ev oyunu avqustun 10-a planlaşdırılıb.

Maraqlısı odur ki, "Castore" "Herta" üçün ilk dəfə forma hazırlayıb. Klub bundan əvvəl 25 il "Nike" ilə əməkdaşlıq edib. Məlumata görə, formaların keyfiyyəti ilə bağlı çoxsaylı şikayətlərdən sonra istehsalçı dəyişdirilib.

İdman.biz

Məqalədə:
Seçilən
15
1
idman.biz

2Mənbələr