AZ

Azərbaycanın 4 cüdoçusu medal qazananlar sırasında yer alıb


Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə gənclər arasında Avropa Kubokuna start verilib.
Yeniavaz.com
xəbər verir ki, yarışın ilk günündə Azərbaycan yığmasının 4 cüdoçusu medal qazananlar sırasında yer alıb.
-60 kq çəki dərəcəsində çıxış edən Nihad Məmişov və -73 kq çəkidə mübarizə aparan Əbil Yusubov bütün rəqiblərini məğlub edərək turnirin qalibi olub və qızıl medallara sahib çıxıblar. Eyni zamanda, Fərid Qarayev (-60 kq) gümüş medal, Məhəmməd Musayev (-66 kq) isə bürünc medal əldə edib.
Beləliklə, yarışın ilk günündə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan Azərbaycan yığması ümumi komanda sıralamasında ikinci yeri tutub.
Seçilən
9
yeniavaz.com

1Mənbələr