AZ

NATO Estoniya ərazisində Alman-Niderland birgə korpusunu yerləşdirə bilər

BAKI, TurkicWorld – NATO, Estoniyanın Pyarnu şəhərində Alman-Niderland birgə korpusunun yerləşdirilməsi ilə bağlı qərar qəbul edə bilər.

TurkicWorld xəbər verir ki, bu barədə Estoniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyi bildirib ki, bu qərar yalnız komanda funksiyalarını yerinə yetirən müttəfiqləri deyil, həm də estoniyalı hərbçiləri, o cümlədən müddətli xidmət keçənləri əhatə edəcək. Nazirlik bu addımı Estoniya Müdafiə Qüvvələri üçün strateji əhəmiyyətli bir qərar kimi qiymətləndirib.

Estoniya KİV-lərinin məlumatına görə, məsələyə dair yekun qərarın bu il ərzində qəbul olunması gözlənilir. NATO korpusunun yerləşdirilməsi üçün zəruri infrastrukturun yaradılması nəzərdə tutulur və bu məqsədlə Estoniya Müdafiə Nazirliyi 17 milyon avro ayırmağı planlaşdırır.

Xatırladaq ki, Estoniya, ABŞ-la 2022-ci ilin dekabrında saziş imzaladıqdan sonra, yüksək mobil avtonom raket sistemi olan M142 HIMARS-ın altı ədədini 30 aprel 2025-ci il tarixində rəsmi olaraq Amari Hava Bazasına çatdırmışdı.

Bu sistemlər Estoniya Silahlı Qüvvələrinin modul və dəqiq zərbə qabiliyyətlərini əhəmiyyətli dərəcədə gücləndirib və onları NATO müttəfiqləri ilə daha sıx şəkildə inteqrasiya edib.

İlk canlı atış təlimləri isə iyulun 11-də, Undva ərazisində keçirilib və HIMARS komandalarının tam fəaliyyət göstərməsi üçün ehtiyac olan sertifikasiyaları tamamlayıb.

Seçilən
1
turkic.world

1Mənbələr