AZ

ŞOK: Yadplanetlilərin kosmik gəmisi Yerə doğru yaxınlaşır? - VİDEO

Yerə doğru yaxınlaşan uldurlararası kometa 3I/ATLAS əslində yadplanetlilərə məxsus bir obyekt, yəni naməlum uçan obyekt (UNO) ola bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın The Daily Mail nəşri yazıb.

Bu sensasiyalı iddia Harvard Universitetinin tanınmış astrofiziki Avi Loeb tərəfindən irəli sürülüb.
 

Avi Loeb uzun illərdir ki, Yerdənkənar ağıllı həyatın izlərini axtaran elmi araşdırmalarla məşğuldur. O, daha əvvəl 2017-ci ildə Günəş sistemindən keçən və qeyri-adi trayektoriyaya sahib olan “Oumuamua” adlı obyekti də yadplanetli texnologiyasının potensial nümunəsi kimi qiymətləndirmişdi.


İndi isə Loeb diqqətini 2023-cü ildə kəşf edilmiş və 3I/ATLAS (C/2023 A3) adlandırılan kometaya yönəldib. Bu kometa, müşahidələrə əsasən, Günəş sisteminə böyük sürətlə daxil olur və bu, onun yad ulduz sistemindən gəldiyini göstərir. “Uldurlararası” statusunu da məhz bu orbital xüsusiyyətlərə görə alıb.

“Əgər bu obyekt süni şəkildə yaradılıbsa və nəzarət edilən bir kurs üzrə hərəkət edirsə, onu sadəcə kometa adlandırmaq yetərli deyil. Biz ehtimalı nəzərdən keçirməliyik ki, bu, texnoloji mənşəli bir obyekt – yəni yadplanetlilərin kosmik gəmisidir”, deyə Loeb bildirib.
 

O, qeyd edir ki, bu iddia elmi cəmiyyət tərəfindən spekulyativ sayıla bilər, lakin kosmosda rast gəlinən istənilən qəribə və anomaliyalı hadisənin sadəcə “təbii” sayılması da elmi obyektivliyə uyğun deyil. Onun fikrincə, hər bir belə obyekt ciddi təhlilə cəlb edilməli və onun hərəkət trayektoriyası, strukturu, tərkibi və elektromaqnit siqnalları müşahidə edilməlidir.


Hazırda kometa 3I/ATLAS Yerdən çox uzaq məsafədə olsa da, 2025-ci ilin oktyabr-noyabr aylarında Günəşə və Yerlə ən yaxın nöqtəyə çatacağı gözlənilir. Bu dövrdə astronomlar onun hərəkətini daha diqqətlə izləyəcək və müxtəlif teleskoplar vasitəsilə məlumatlar toplayacaqlar.

Nəşr qeyd edir ki, kometanın qeyri-adi trayektoriyası, yüksək sürəti və mənşəyi haqqında qeyri-müəyyənlik bu cür fərziyyələrin ortaya çıxmasına səbəb olub. Hələlik isə kometa, NASA və digər kosmik agentliklər tərəfindən “təhlükəsiz” sayılır, çünki onun Yerlə toqquşma ehtimalı yoxdur.

Amma Avi Loebin fikirləri, kosmosda həyatın mümkünlüyü ilə bağlı müzakirələri yenidən qızışdırıb və “Elmi fantastika, bəlkə də, elmi reallığa daha yaxındır” kimi fikirləri gündəmə gətirib.
Bizim.Media

Seçilən
13
bizim.media

1Mənbələr