"Marsel" klubu "Yuventus"dan 25 yaşlı hücumçu Timoti Veani heyətinə qatacaq. 

Offsideplus.az  xəbər verir ki, Fransa təmsilçisi artıq bununla bağlı turinlilərlə razılıq əldə edib. 

Tərəflərin razılığına əsasən, oyunçu 1 mövsümlük icarə əsasında transfer olunub və bunun üçün 1 milyon avro ödəniləcək. Müqavilədə 14 milyon avroluq satınalma bəndi və 3 milyon avroluq bonuslar da yer alacaq. 

Qeyd edək ki, "Yuventus" klubu futbolçunu 2023-cü ildə 11 milyon avroya almışdı.