AZ

Qəzzada 20-dən çox yardım gözləyən fələstinli həlak olub

BAKI, TurkicWorld – İsrail ordusu Qəzza zolağında yardım gözləyən fələstinlilərə atəş açıb.

TurkicWorld xəbər verir ki, hadisə nəticəsində 23 nəfər həlak olub.

Qəzzanın cənubundakı Nasser Xəstəxanasının verdiyi məlumata görə, müxtəlif yardım paylama məntəqələrinin yaxınlığından ümumilikdə 23 meyit qəbul edilib. Bunların səkkizi Xan Yunisdəki "Teina" bölgəsindən, biri isə Rəfah yaxınlığındakı “Şakuş” bölgəsindən gətirilib. Qalan doqquz nəfər isə İsrailin Moraq dəhlizində yerləşən sərhəd keçid məntəqəsi yaxınlığında yardım gözləyərkən öldürülüb.

Yardımları son iki aydır bölgəyə çatdıran ABŞ və İsrailin dəstəklədiyi “Qəzza Humanitar Fondu” (GHF) təşkilatı və İsrail ordusu yalnız xəbərdarlıq atəşi açdıqlarını iddia edir. GHF, öz mühafizəçilərinin sadəcə gözyaşardıcı qaz və xəbərdarlıq atəşlərindən istifadə etdiyini bildirir. Lakin BMT-nin məlumatına görə, may ayından iyulun sonunadək yardım bölgələri və konvoy marşrutlarında ümumilikdə 859 fələstinli öldürülüb, yüzlərlə insan yaralanıb.

Qeyd edək ki, son 24 saat ərzində daha altı fələstinli aclıq səbəbindən həyatını itirib. Bundan əlavə, 2023-cü ildə başlayan müharibədən bəri 93 uşaq qidalanma çatışmazlığı səbəbindən ölüb.

Seçilən
4
turkic.world

1Mənbələr