AZ

İslam Maxaçev UFC-də çempionluq döyüşünə çıxacaq

Rusiyalı qarışıq döyüş növləri (MMA) idmançısı İslam Maxaçev növbəti qarşılaşmasını orta çəki dərəcəsində UFC-nin hazırki çempionu olan avstraliyalı Cek Della Maddalenaya qarşı keçirəcək.
 
Bunu Həbib Nurməhəmmədov azarkeşlərlə görüş zamanı deyib.
 
Bildirilir ki, Maxaçevin döyüşü Nyu-Yorkda "Madison Square Garden" arenasında UFC 322 turnirinin əsas görüşü olacaq.
 
Turnir noyabrın 15-də keçirilə bilər, dəqiq tarix hələlik məlum deyil.
 
Qeyd edək ki, Maxaçevin MMA karyerası ərzində 27 qələbəsi və bir məğlubiyyəti, Della Maddalenanın 18 qələbəsi və iki məğlubiyyəti var.
Seçilən
38
1
moderator.az

2Mənbələr