AZ

İsti hava şəraiti avqustun 8-dək davam edəcək

Ölkə ərazisində isti hava şəraiti davam edəcək.

Bu barədə Day.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisində müşahidə olunan isti hava şəraitinin avqustun 8-dək davam edəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-40, dağlıq rayonlarda 29-34, Mərkəzi aran, eyni zamanda Naxçıvan Muxtar Respublikasında 35-40, bəzi yerlərdə isə 41 dərəcəyədək isti olacağı gözlənilir.

Abşeron yarımadasında, o cümlədən sahilyanı ərazilərdə cənub-şərq küləklərinin üstünlüyü gözlənilir ki, bu da havada nisbi rütubətin yüksəlməsinə və durğun hava şəraitinin olmasına səbəb olacaq.

Seçilən
54
50
day.az

10Mənbələr