BAKI, 3 avqust. TELEQRAF
İtaliyanın "Yuventus" klubu futbolçusu Timoti Veanı Fransanın "Marsel" klubuna icarəyə verməyə razılaşıb.
Teleqraf xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, "Marsel" 25 yaşlı yarımmüdafiəçini gələcəkdə mütləq transfer etmək öhdəliyi ilə bir illik icarəyə götürəcək.
"Qoca sinyora" ABŞ millisinin üzvünün icarəsindən 1 milyon avro, transferindən isə 14 milyon avro gəlir əldə edəcək.
Qeyd edək ki, Timoti Vea 2023-cü ilin yayından "Yuventus"un şərəfini qoruyur. O, ötən mövsüm ərzində meydana çıxdığı 43 oyunda 6 qol və 3 məhsuldar ötürmə müəllifi olub.