AZ

İsrail İrana hücum edə bilər Hazırıq! anonsu verildi

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“İsrailin İrana hücum ehtimalı hələ də qalır”.

Globalinfo.az xəbər verir ki, bunu İran Ordusunun Baş Komandanı, general-mayor Əmir Hətəmi deyib.

Yüksək rütbəli ordu komandirləri ilə görüşdə çıxış edən Hətəmi qeyd edib ki, İsrail rejimi İslam sisteminə zərbə vurmaq illüziyası ilə müxtəlif planlar hazırlasa da, bunun böyük strateji səhv olduğunu anlayıb.

Onun sözlərinə görə, 12 günlük “məcburi müharibə” zamanı İran xalqı İsrail rejiminin törətdiyi cinayətlərin və vəhşiliklərin kiçik bir qismini görmüş oldu.

Hətəmi həmçinin bildirib ki, İranın raket və pilotsuz uçuş aparatı gücü hələ də güclüdür və tam istifadəyə hazırdır.

Safura Bənnayeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
globalinfo.az

1Mənbələr