Xaçmaz rayonunda müşahidə olunan güclü külək fəsad törədib.
APA-nın Şimal bürosu xəbər verir ki, şəhərin Nəriman Nərimanov küçəsində ticarət obyektinin dam örtüyü avtomobillərin üzərinə düşüb.
Nəticədə 3 nəqliyyat vasitəsinə ziyan dəyib.
Hazırda dam örtüyünün yolun hərəkət hissəsindən götürülməsi istiqamətində işlər görülür.