“Barelona”nın 28 yaşlı braziliyalı ulduz hücumçusu Rafinya Çempionlar Liqasında qalibiyyət qazanmaq niyyətini car çəkib.
Arena.az “Sport.es” dərigisinə istinadən məlumat verir ki, Rafinya bu barədə, dərgiyə müsahibəsi zamanı söhbət açıb:
– Geridə qalmış mövsüm sizin karyeranızda ən yaxşı mövsüm olubmu?
– Bəli.
– Bəs daha da yaxşısı ola bilərmi?
– Mən məşqlərdə, mövsüm boyu oyunlarda özümün daha da güclü təcəssümü olmağa həmişə çalışıram. Olsun ki, mən ötən mövsümü əvvəlkindən daha yaxşı etməyə çalışmışam, elə, bu dəfə də mən, gələcək mövsümü artıq geridə qalmış mövsümdən daha da yaxşı etməyə çalışacağam.
Çempionlar Liqasında qalibiyyət – mənim karyeramda şəxsi məqsədimdir, buna klub da can atır: bu qəniməti altıncı dəfə qazanmağa. Mən isə öz növbəmdə, müvafiq qəniməti qazanmaq üçün mümkün olan hər bir xüsusu icra edəcəyəm. Əminəm, digər oyunçularımız da eynilə düşünürlər.
Rafinya “Avai”nin məzunudur. Karyerasının Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyul ayında “Barselona” Rafinyanı 58 milyon avro məbləğ müqabilində “Lids”dən tamhüquqlu əsasda “blauqrana”nın heyətinə qatıb. Braziliyalı hücumçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış mövsümdə Rafinya “Barselona” üçün 57 oyun keçirib, 34 qol və 25 məhsuldar ötürmə ilə fərqlənib.
Rafinyanın “Barselona” karyerası ümumilikdə 144 oyun, 54 qol və 50 məhsuldar ötürmədən ibarətdir.
Braziliyalı hücumçu Kataloniya nəhəngi ilə 2022/2023-cü və 2024/2025-ci illər mövsümlərində İspaniya La Liqasını qazanıb, iki dəfə İspaniya Super Kubokunun (2022/2023, 2024/2025), bir dəfə İspaniya Kral Kubokunun (2024/2025) qalibi olub.
Rafinya 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 34 oyuna çıxıb, 11 qol vurub, 7 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 28 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.