AZ

NATO Estoniyada hərbi korpus yerləşdirə bilər

​BAKI, 3 avqust. TELEQRAF

NATO Estoniyaya Almaniya-Niderland birgə hərbi korpusunu yerləşdirməyi nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Nazirlik bildirib ki, bu qərar təkcə müttəfiqlərin komanda funksiyalarını yerinə yetirən hərbçiləri deyil, həm də Estoniya hərbçilərini, o cümlədən müddətli xidmət keçənləri əhatə edəcək. Estoniya Müdafiə Naziri Hanno Pevkur bunun Silahlı Qüvvələr üçün strateji əhəmiyyətli addım olduğunu vurğulayıb.

Qərarın 2025-ci il ərzində qəbul olunması gözlənilir. Korpusun yerləşdirilməsi üçün 100-200 nəfərlik infrastruktur, o cümlədən qərargah binaları, texniki obyektlər və kommunikasiya sistemləri yaradılacaq. Estoniya bu məqsədlə 17 milyon avro ayırmağı planlaşdırır.

Seçilən
0
teleqraf.com

1Mənbələr